Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi
13.01.2021 16:25 Dünya Siyasət

Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.

“MediaPost” "TASS"a istinadən xəbər ki, Vladimir Putin görüşün yekunları ilə bağlı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırıb. Ərdoğan isə öz növbəsində Rusiyanın səylərinə dəstəyini ifadə edib.

Liderlər müzakirə zamanı vaksinlərin istehsalı və istifadəsi planları da daxil olmaqla, pandemiya ilə mübarizəyə xüsusi diqqət yetiriblər.

Anara Mikail

Gündəm