“Ərimə dedim ki, anamın sayəsində kişi olmusan”
22.02.2021 17:08 Şou-biznes

“Ərimə dedim ki, anamın sayəsində kişi olmusan”

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Əməkdar artist Gövhər Rzayeva olub.

“MediaPost” xəbər verir ki, qarmin ifaçısı keçmiş həyat yoldaşı haqqında faktlar açıqlayıb:

“7 ay nişanlı qaldım. Toyum oldu. İkimiz də başqa mühitlərdə böyüyən insanlar idik. Evimizdə hər gün dava idi. Evlənəndən sonra işə də getmədi. Fikirləşdim ki, ailəyik, biri qazananda biri qazanmaz. Ona deyirdim ki, mən qazanıb gətirirəm, sən də evdən muğayat ol. Amma bu adam başqa cür idi. Onun əlindən boğaza yığılmışam. Mən toya, pul gətirməyə gedirəm, bəs sən gecə 2-də, 3-də haradan gəlirsən? Ona deyirdim ki, anamın sayəsində kişi olmusan. Yoxsa 1 gün sənlə qalmazdım. Toyumuzdan 1 həftə sonra anama dedim ki, bu məni incidir. Anam dedi ki, sənətkar adamsan, adın pis çıxar. Deyərlər ki, qızında nə vardı ki, 2 həftədən sonra qaytardılar evinə? Olmaz qızım, get otur, birtəhər yola ver. Mən də 28 il dözdüm”.

 

Pərviz Hüseyn

Gündəm