Ərinin qadın libasları geyindiyini aşkarlayan türkiyəli məşhur kimdir? - <span>FOTOLAR</span>
12.11.2020 14:38 Şou-biznes

Ərinin qadın libasları geyindiyini aşkarlayan türkiyəli məşhur kimdir? - FOTOLAR

Türkiyənin məşhur “TRT Çocuk” kanalında çalışan yazar və prodüser Arzu Demirelin şəxsi həyatında baş verənlər sosial medianın gündəmindədir.

“MediaPost” xəbər verir ki, “Niloya” cizgi filminin yaradıcısı olan Arzu bir müddətdir alt paltarlarının və geyimlərinin yerinin dəyişdiyinin fərqinə varandan sonra evinə gizli kamera yerləşdirib.

Buna digər zəmin yaradan hadisə isə 5 yaşlı qızının ona “Sən gedəndən sonra evimizə bir qadın gəlir” sözləri olub.

Həyat yoldaşı K.B-nin onu aldatdığını düşünən A.Demirel kamera görüntülərini izləyəndən sonra şoka düşüb. Məlum olub ki, onun alt paltarlarını və libaslarını geyən şəxs əri imiş.

O, parik taxıb makiyaj edir, daha sonra həyat yoldaşının paltarlarını geyinərək qızı ilə oyunlar oynayırmış.

Arzu Demirel bu görüntülərdən sonra K.B-dən boşanmaq üçün məhkəməyə müraciət edib.

Demirelin 5 yaşlı qızı atasının ona danışdığı cinsi baxımdan qeyri-dəqiq informasiyaları həm anasının, həm də psixoloqunun yanında məhkəmədə dilə gətirib.

Bundan başqa, dostları ilə “Nə gülməlidir?” adlı oyunlar oynayan uşaq “Atam çox komikdir, çünki qadın paltarları geyinir” sözləri ilə diqqət çəkib.

Qeyd edək ki, heteroseksual bir kişinin qarşı cinsin libaslarını geyinməsinə transvestik fetişizm və ya transvestizm deyilir.

Pərviz Hüseyn

Gündəm