Erkin Qədirli: "Mandatdan imtina etməyəcəm"
10.02.2020 14:48 Daxili siyasət

Erkin Qədirli: "Mandatdan imtina etməyəcəm"

“MediaPost”un xəbərinə görə, o, çıxışı zamanı 16 saylı dairədə seçkinin səliqəli keçdiyini söyləyib.

Bütün məntəqələri gəzdiyini deyən E.Qədirli seçkinin inzibati müdaxilə olmadan baş tutduğunu bildirib: "Qutuya topa bülleten atılma halı müşahidə edilmədi”.

"Deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bu günə kimi çox vəzifələrdən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm” - Erkin Qədirli bildirib.

Xəbərlər departamenti

Gündəm