Erməni deputat Paşinyanı biabır etdi: "Şou göstərir, buna son qoymalıdır"
03.11.2020 14:07 Qarabağ Azərbaycandır

Erməni deputat Paşinyanı biabır etdi: "Şou göstərir, buna son qoymalıdır"

"Çiçəklənən Ermənistan" partiyasından olan parlament üzvü Gevork Petrosyan Nikol Paşinyanı sərt tənqid edib.

"MediaPost" erməni mətbuatına istinadən xəbər verir ki, deputat ölkəsinin baş nazirini populist çıxışlarda günahlandırıb.

"Oğlum 20 gündür ki, cəbhədədir. Ondan nə səs var, nə soraq. Paşinyan populist çıxışlara son qoymalıdı. Savaş başlayanda o, şou göstərirdi, qadın batalyonu yaradırdı, deyirdi ki, bütün məmurlar cəbhəyə gedəcək. Nə oldu bəs? Nikol deyir, cəbhəyə gedən özü ilə forma götürsün. Bəs hanı forma? Hanı silah? Hanı ərzaq? Hanı büdcə?", - o bildirib.

Xəbərlər şöbəsi

Gündəm