Erməni diversantı Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib, 2 diversant saxlanılıb - <span>YENİLƏNİB</span>
26.05.2023 20:51 Hərbi

Erməni diversantı Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib, 2 diversant saxlanılıb - YENİLƏNİB

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Bu barədə "MediaPost"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiriilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

 

 

20:16

Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

MediaPost xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, erməni diversantlarının cəhdinin qarşısı alınıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib. İki diversant saxlanılıb.

Detallar barədə tezliklə məlumat veriləcək.

Xəbərlər departamenti

Gündəm