Erməni jurnalistdən Anna Akopyana: "Şou göstərməyin"
07.11.2020 11:23 Dünya Siyasət

Erməni jurnalistdən Anna Akopyana: "Şou göstərməyin"

"Hörmətli Baş nazirin xanımı, müharibə teatr deyil, erotizminiz anlaşılmaz və təhlükəlidir".

"MediaPost" xəbər verir ki, bu barədə "Hay Aspet" fondunun direktoru və jurnalist Karin Tonoyan "Facebook" hesabında paylaşım edib.

"Yazdıqlarımı siyasiləşdirməyin. Sabah hamınız cavab verəcəksiniz. Hörmətli Baş nazirin xanımı, müharibə teatr deyil, erotizminiz anlaşılmaz və təhlükəlidir. Şou xarakterli fotolarınızın və özünüzü reklam etməyinizin dözülməz olduğunu başa düşmürsünüz? Hamını incitdiyinizi, ölən övladlarımızın qanına hörmətsizlik etdiyinizi anlamırsınız? Ənənələrimizə hörmət edin. Oğlunuz da cəbhədədir. Evə gedin və oğlunuzla ölən əsgərlərimiz üçün dua edin. Kədərimizə hörmət edin", - deyə Tonoyan qeyd edib.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Karin Tonoyanın oğlu Menua Ovannisyan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar nəticəsində məhv edilib.

Anara Mikail

Gündəm