Erməni polkovnik: "Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq"
07.06.2021 14:36 Siyasət

Erməni polkovnik: "Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq"

"Bəli, o əraziləri minalamışıq. Yaxşı da etmişik. Laçın və Kəlbəcər rayonlarına 17 yük maşını mina basdırmışıq".

"MediaPost" xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan İrəvandakı "Noyan Tapan" agentliyinə verdiyi müsahibəsində bildirib.

Qumaşyan "Noyan Tapan"ın studiyasında əsla çəkinmədən hərbi cinayətlərini etiraf edib:

"Laçınla Kəlbəcərə tam 17 yük maşını mina basdırmışıq. Piyada əleyhinə minalar, tank əleyhinə minalar. Bu minalar səbəbindən orada kimsə nə isə edə bilməz. İşimizi görmüşük, özü də yaxşı görmüşük. Azərbaycan əsirlərimizi qaytarsın, mən də minaladığım ərazilərin xəritələrini verim".

Qeyd edək ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər - AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.

Xəbərlər departamenti

Gündəm