Erməni prezident Tokayevi təbrik etdi
22.11.2022 12:43 Gündəm Siyasət

Erməni prezident Tokayevi təbrik etdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Mediapost  xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xaçaturyan Tokayevə ünvanladığı mesajda əmin olduğunu bildirib ki, səmərəli Ermənistan-Qazaxıstan əməkdaşlığının, eləcə də inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi iki ölkə arasında dostluq və etimadın möhkəmlənməsinə kömək edəcək. 

O, həmçinin Tokayevə möhkəm cansağlığı, səmərəli fəaliyyət və uğurlar arzulayıb.

Xatırladaq ki, Kasım-Jomart Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində 81,31% səs toplayaraq qalib gəlib.

news department

Gündəm