Erməni təcavüzü nəticəsində ölənlərin sayı 93-ə çatıb
09.11.2020 10:50 Cəmiyyət

Erməni təcavüzü nəticəsində ölənlərin sayı 93-ə çatıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 3326-dır.

Əcəmi Əsədulla

Gündəm