Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
04.01.2020 07:53 Qarabağ Azərbaycandır

Ermənilər atəşkəs rejimini 22 dəfə pozub

Müdafiə Nazirliyindən "MediaPost"-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbərlər departamenti

Gündəm