Ermənilər Dilarənin "YouTube" kanalını bağlatdırdı
07.11.2020 13:19 Şou-biznes

Ermənilər Dilarənin "YouTube" kanalını bağlatdırdı

Ermənilər Dilarə Kazımovanın "YouTube" kanalını bağlatdırıblar. 

"MediaPost" xəbər verir ki, buna səbəb müğənninin xaricdə yaşayan pərəstişkarlarına Qarabağ gerçəkliklərini çatdırmaq üçün İngilis dilində müraciət etməsi olub. 

Kazımovanın "Instagram" və "Facebook" hesabları isə rəsmi olaraq təsdiqləndiyi üçün onları blok etmək mümkün olmayıb. 

Qeyd edək ki, "YouTube" administrasiyası müğənninin kanalının bağlanmasına səbəb kimi paylaşımlarda hədə-qorxu və zorakılığın təbliğ olmasını göstərib. 

Pərviz Hüseyn

Gündəm