“Ermənilər hələ də aprel döyüşlərinin şokundan ayıla bilmir” - ŞƏRH
03.02.2020 14:17 Hərbi

“Ermənilər hələ də aprel döyüşlərinin şokundan ayıla bilmir” - ŞƏRH

Bu sözləri hərbi ekspert Zaur Mahmudov “MediaPost”a açıqlamasında Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursuna münasibət bildirərkən söyləyib.

Ekspert qeyd edib ki, məhz bu dəyişikliklərlə ayaqlaşa bilmək üçün bu tip təlimlər önəmlidir:

“Yüksək texnologiyaların tətbiqi bir anda döyüşlərin gedişini dəyişə bilir. Azərbaycan ordusunun hərbi qulluqçularının NATO təlimlərində iştirakı onların peşəkarlıqlarının artırılmasında və döyüşün idarə olunmasında yeni qayda və prinsiplərin öyrənilməsi baxımından əhəmiyyətlidir. 2016-cı ilin aprelində biz Azərbaycan ordusunun hansı müasir hərbi yenilikləri tətbiq etdiyinin şahidi olduq. Ermənilər hələ də aprel döyüşlərinin şokundan ayıla bilmir. Müxtəlif komissiyalar yaradaraq Azərbaycanın hərbi qələbəsinin sirrini anlamağa çalışırlar. Fikrimcə, bunun sirri uzun illərdir müasir hərb prinsiplərini dərindən öyrənməklə öz peşəkarlığını və döyüş qüdrətini artıran Azərbaycan ordusudur.

Məhz bu peşəkar ordu qısa bir müddət ərzində müasir texnoloji imkanlardan da istifadə etməklə ermənilərə böyük bir dərs vermiş oldu”.

“Ermənilər hələ də aprel döyüşlərinin şokundan ayıla bilmir” – ŞƏRH

Zaur Mahmudov əlavə edib ki, Azərbaycan-NATO münasibətləri tam konstruktiv məcrada və heç bir ziddiyyət yaratmadan inkişaf edir:

“Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir. Eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna da dəstək həyata keçirir. Eyni zamanda, sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bunun üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin qüvvələri ilə daha optimal qarşılıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqrama daxildir.

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı qarşısında duran əsas məsələ Avropa miqyasında siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması, sabitliyin artırılması, sülhə təhlükənin azaldılması, həmçinin praktiki əməkdaşlıq və Şimali Atlantika İttifaqının demokratik prinsiplərinə tərəfdarlıq ruhunun yaradılması yolu ilə münasibətlərin möhkəmləndirilməsidir.

SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərir. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılır, müasir döyüşün aparılma qaydalarını öyrənir”.

Xəbərlər departamenti

Gündəm