"Ermənilər məsum görünmək üçün törətdikləri qətliamlardan danışmır" - Amerikalı professor
25.04.2020 07:54 Dünya

"Ermənilər məsum görünmək üçün törətdikləri qətliamlardan danışmır" - Amerikalı professor

“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Amerikalı profssor Mişel Gunter Türk-Amerika Milli İstiqamət Komitəsinin “Əsrlik erməni yalanı və siyasi mərhələsi” panelində çıxışı zamanı deyib. O, 1915-ci il hadisələrinin hər iki tərəf üçün ağır keçdiyini və ermənilərin öldüyünü desə də, “soyqırımı” sözündən imtina edib:

“Buna baxmayaraq baş verənlər erməni soyqırımı adlandırıla bilməz. Bu məsələdən əvvəl xeyli sayda türk erməni qruplaşmalar tərəfindən qətl edilib”.

Professor ermənilərin Osmanlı dövlətindəki çətin vəziyyətdən istifadə etdiyini də xatırladıb:

“Erməni qruplaşmalar 1915-ci ildən çox-çox əvvəl qətliama gətirib çıxaran üsyanlar təşkil edib və nəticədə Osmanlı dövləti tərəfindən sürgün edilib. Bəli, baş verənlər üzücüdür və Osmanlının mövqeyi müzakirə edilə bilər, ancaq ermənilər özlərinin məsum imicinə xələl gətirməmək üçün törətdikləri qanlı hücumlardan danışmır”.

Gunter 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb:

“Türklər bu məsələnin araşdırılmasını istəyir, ancaq ermənilər razı deyil. Yəni ya ermənilərin dedikləri ilə 100% razılaşacaqsınız, ya da danışmayacaqsınız. Bunun elmi və məntiqli mövqe olduğunu düşünmürəm. Hadisələrin üzərindən 100 il keçdikdən sonra təhdidlərlə deyil, ağıllı elmi analizlə məsələnin üstünə getmək lazımdır”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da 1915-ci il olaylarından danışarkən “soyqırımı” sözünü işlətməmiş, əvəzində “Meds Yeghern” (erməni dilində böyük fəlakət) demişdi.

Xəbərlər departamenti

Gündəm