Ermənilər ruslara “kəllə atsa”lar da Moskva İrəvanı niyə cəzalandırmır? – İLGİNC SƏBƏBLƏR
“Biz Rusiyanın Ermənistanı cəzalandıracağını düşünməməliyik. Xankəndiyə erməniləri ruslar qaytarıb, indiyədək öz şəhərimizə daxil olmağa ruslar imkan verməyib. Amma erməni Fransa bayrağı ilə şəkil çəkdirir. Buna rəğmən Rusiya yenə də Ermənistanı dəstəkləyir”.
Bu fikirləri “MediaPost”a açıqlamasında politoloq Əhəd Məmmədli səsləndirib. O bildirib ki, Rusiya Ermənistanı cəzalandırmayacaq: “Biz bunu gözləməməliyik. Çünki İrəvan Moskvaya qarşı hər cür çirkin oyuna qoşulub. Amma Rusiya hələ də Ermənistanın nazı ilə oynayır. Rusiya səfirliyinin qarşısında rus pasportunu da yandırdılar, Putin, Lavrov və Zaxarovanın ünvanına sərt sözlər dedilər, lakin heç bir cəza mexanizmi tətbiq olunmadı.
Bu, onu göstərir ki, Rusiya Ermənistana ehtiyac duyur. Ruslar elə fikirləşirlər ki, ermənilər onlara “kəllə atsa”lar da Qafqazda qalmaq üçün dığalara ehtiyacları var. Ona görə də, biz Rusiyanın Ermənistanı cəzalandıracağını düşünməməliyik. Xankəndiyə erməniləri ruslar qaytarıb, indiyədək öz şəhərimizə daxil olmağa ruslar imkan verməyib. Amma erməni Fransa bayrağı ilə şəkil çəkdirir. Buna rəğmən Rusiya yenə də Ermənistanı dəstəkləyir. Hesab edirəm ki, biz qoyduğumuz hədəflərə doğru addımlamalıyıq”.
Politoloqun sözlərinə görə, bu gün Ermənistana Vətən Müharibəsindən sonra ən çox silah göndərən ölkə Hindistandır: “Bu silahlar İran ərazisindən daxil olur. Sülhməramlılar isə bu silahları Qarabağa buraxır. Əks halda terrorçular bu qədər müqavimət göstərə bilməzdilər. Amma Rusiya silahından imtinanın Ermənistana ciddi problem yaradacağını düşünmürəm. Üstəlik, İrəvan bu silahlardan tam imtina etməyib. Həmçinin Kreml İrəvanı razı salmaq üçün ona silahı pulsuz da verməyə razı olacaq. Digər tərəfdən, bizim üçün ermənini kimin silahlandırmasının önəmi yoxdur. Əsas odur ki, onları silahlandırırlar. Buna görə də, biz ciddi hərbi addımlar atmalıyıq və ermənilərin revanişst meyllərdən əl çəkməsini təmin etməliyik”.