Ermənilərin daha bir “Su-25”i vuruldu
04.11.2020 18:39 Hərbi

Ermənilərin daha bir “Su-25”i vuruldu

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus "SU-25" təyyarəsinin vurulduğunu açıqlayıb.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan mövqelərinə havadan hücum edən Ermənistana məxsus "SU-25" döyüş təyyarəsi məhv edilib. 

Bununla da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus məhv edilən döyüş təyyarələrinin sayı 7-yə çatıb. 

Xəbərlər departamenti

Gündəm