Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir
02.03.2021 23:17 Qarabağ Azərbaycandır

Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir

Vaxtilə azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

"MediaPost" “Vestnik Kavkaza” qəzetinə istinadən bildirir ki, 22 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə aparılmış araşdırmaya əsasən, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər.

Qalan 15% isə Qarabağın böyük şəhərlərinə (Xankəndi və Xocavənd) qayıtmağı, həmçinin Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi birbaşa paylanan ərzaq məhsullarıdır.

Respondentlərin təxminən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını deyir. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ailələrin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb.

Sorğuda iştirak edənlərin təxminən 70%-i yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər

Xəbərlər şöbəsi

Gündəm