Ermənilərin növbəti yalanının üstü açıldı
06.11.2020 21:47 Qarabağ Azərbaycandır

Ermənilərin növbəti yalanının üstü açıldı

“Fact Check Karabakh” səhifəsi daha bir erməni yalanını ifşa edib.

"MediaPost" bildirir ki, sosial şəbəkələrin Ermənistan seqmentində mənfur düşmənin yalan təbliğat maşınının daha bir “məhsulu” yayımlanıb.

Məlumata görə, guya Qarabağda Azərbaycan ordusunun tərkibində döyüşən pakistanlı əsgər Ədalət Cəfərson öldürülüb. Əslində isə pakistanlı deyə paylaşılan şəkildəki şəxs azərbaycanlı Ədalət Cəfərovdur.

Qeyd edək ki, Azərbaycan ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı müddətində düşmən ölkə müxtəlif üsullarla Azərbaycan ordusunda başqa dövlətlərin nümayəndələrinin döyüşdüyünü iddia edir, bununla Azərbaycan ordusunun uzaqda olmayan zəfərinə kölgə salmaq, öz məğlubiyyətlərini ört-basdır etmək, eyni zamanda, işğalçılıq siyasətlərinə üçüncü ölkələri cəlb etmək istəyir.

Xəbərlər şöbəsi

Gündəm