Ermənistanda döyüşməyənlərin uşaqlarına doğum şəhadətnaməsi verilməyəcək
04.11.2020 16:31 Dünya Siyasət

Ermənistanda döyüşməyənlərin uşaqlarına doğum şəhadətnaməsi verilməyəcək

"Ermənistan yalnız ataları könüllü olaraq cəbhədə xidmət edən yeni doğulmuş körpələrə doğum şəhadətnaməsi verir".

"MediaPost" xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan sosial media hesabında bildirib.

O, qərarı tənqid edərək söyləyib ki, hər dəqiqə vətənpərvərlikdən bəhs edənlər, zəif insanlarımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirlər:

"Uşaqları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsiniz ki, ataları yalnız könüllü olaraq cəbhədə xidmət etsə və bunu təsdiqləyən bir sənəd gətirsə, doğum şəhadətnaməsi verəcəyik?"

Anara Mikail

Gündəm