Ermənistan atəşkəs rejimini 21 dəfə pozub
25.12.2019 07:16 Qarabağ Azərbaycandır

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Müdafiə Nazirliyindən Mediapost.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Kürdlər, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xəbərlər departamenti

Gündəm