Ermənistan atəşkəs rejimini 21 dəfə pozub
28.01.2020 07:45 Qarabağ Azərbaycandır

Ermənistan atəşkəs rejimini 21 dəfə pozub

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm