Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
25.01.2020 07:40 Qarabağ Azərbaycandır

Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm