Ermənistan Azərbaycanın texniki kəşfiyyatının üstünlüyünü etiraf edir
04.11.2020 17:01 Fikirlər Siyasət

Ermənistan Azərbaycanın texniki kəşfiyyatının üstünlüyünü etiraf edir

“Peyk imkanlarına malik Azərbaycanın qoşunlarımızın hərəkətinə nəzarət etdiyi istisna deyil”.

MediaPost” xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovvanisyan deyib.

Hərb sənətinin “dahisi” Türkiyənin dəstəyini də qeyd edib və “onların belə peyk imkanları ola bilər, amma bizim də müəyyən imkanlarımız var” deyə, əlavə edib.

Azərbaycanın gücünü kiçiltməyə çalışan, həqiqətə xor baxan ermənilər ordumuzun üstünlüyü faktını təbii ki, qəbul edə bilmirlər. Elə təqdim etmək istəyirlər ki, guya Azərbaycan müharibəni Türkiyə, Pakistan və İsrailin dəstəyi, eləcə də muzdlu döyüşçülər olmadan apara bilməz.

Deyəsən, Ovvanisyan unudub ki, Azərbaycan regionun lider dövlətidir və ölkəmizin hərbi büdcəsi Ermənistandan dəfələrlə çoxdur. Sirr deyil ki, Azərbaycan ən müasir hərbi texnikaları almaq üçün kifayət qədər maliyyə ayırıb. Bundan əlavə, Azərbaycan özü hərbi texnika istehsal edir. Paralel olaraq, ölkəmiz silah idxal etdiyi ölkələrin diversifikasiyasını həyata keçirir.

Ümumiyyətlə, Azərbaycanla Ermənistanın fərqi müqayisəyəgəlməzdir. Azərbaycanın nəinki hərbi, bütün sahələrdə Ermənistandan dəfələrlə üstün olduğu hamıya məlumdur. Bu gün Azərbaycan Ovvanisyanın da qeyd etdiyi kimi, dünyada öz peyki olan ölkələr sırasına daxildir. Əslində, erməni tərəfi peyk bəhanəsi ilə də olsa, Azərbaycanın üstünlüyünü etiraf edir.

MediaPost” olaraq məsləhət görərdik ki, Ovvanisyan və digərləri özlərini hərb sənətinin bilicisi kimi təqdim etməzdən əvvəl iki ölkə arasında müqayisə aparıb reallığın nədən ibarət olduğunu öyrənsinlər. Bundan sonra danışıb-danışmamağa qərar verə bilərlər.

Xəbərlər şöbəsi

Gündəm