"Ermənistan cinayətlərini ört-basdır etmək üçün fantaziyalar irəli sürür"
03.11.2020 15:27 Siyasət

"Ermənistan cinayətlərini ört-basdır etmək üçün fantaziyalar irəli sürür"

“Ermənistan tərəfi cinayətlərini ötr-basdır etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi ilə bağlı yalanlar və fantaziyalar irəli sürürlər”.

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycanın buna ehtiyacı yoxdur. Bu, ölkəmizin heç zaman dövlət siyasəti də olmayıb. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını layiqincə yerinə yetirir” - deyə H.Hacıyev qeyd edib. 

Məleykə Ağasoy

Gündəm