"Ermənistan da Azərbaycan kimi, öhdəliklərini yerinə yetirməlidir"
10.11.2020 13:09 Siyasət

"Ermənistan da Azərbaycan kimi, öhdəliklərini yerinə yetirməlidir"

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasındakı missiyası yalnız o zaman təsirli olacaq ki, Ermənistan da Azərbaycan kimi, öhdəliklərinin bir hissəsini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirsin." "MediaPost" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.

“Rus sülhməramlılarının yaxşı xidmətlərindən istifadə etmək üçün Azərbaycanın razılığı var, Ermənistanın, hər halda, bu ölkənin yüksək vəzifəli şəxslərinin də razılığı var. Bu gündən etibarən bu razılığın ən azı nisbi ictimai razılıq, ictimai razılaşma ilə müşayiət olunduğundan əmin olmalıyıq. Ermənistan da nümayiş etdirməlidir ki, Azərbaycan kimi, bu üçtərəfli razılaşma çərçivəsində öhdəlik hissəsini yerinə yetirməyə hazırdır. Bölgədə yalnız o zaman rus sülhməramlıları yaxşı xidməti olacaq".

Konstantin Kosaçev bəyan edib ki, Dağlıq Qarabağdakı münaqişə zonasında sülhməramlı əməliyyatına cavabdeh Rusiyadır: "Türkiyə də bu prossesdə iştirakı mümkündür. Türkiyənin Azərbaycanda və Dağlıq Qarabağ ətrafında olması faktını da gözardı etmək lazım deyil. Ancaq təkrar edəcəm. Sülhməramlılar Ermənistan və Azərbaycanın razılığı ilə həyata keçirilir”.

Xəbərlər departamenti

Gündəm