Ermənistan kənd sakinlərinin evlərini intensiv atəşə tutub
18.12.2019 06:51 Qarabağ Azərbaycandır

Ermənistan kənd sakinlərinin evlərini intensiv atəşə tutub

Dekabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Bu barədə Mediapost.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Xəbərlər departamenti

Gündəm