Ermənistan MN gizlətsə də, Səhiyyə Nazirliyi ölən hərbçilərin çox olduğunu açıqladı
14.11.2020 15:59 Qarabağ Azərbaycandır

Ermənistan MN gizlətsə də, Səhiyyə Nazirliyi ölən hərbçilərin çox olduğunu açıqladı

Ermənistan Dağlıq Qarabağdakı döyüşlər zamanı azı 2 317 hərbçi itirdiyini təsdiq edib.

"MediaPost" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, bu günədək 2 317 hərbçinin ekspertizası həyata keçirilib, onların arasında şəxsiyyəti müəyyənləşdirilməyənlər də var.

Rəqəmin artması istisna deyil.

Qeyd edək ki, indiyədək Ermənistan 1 382 hərbçinin öldüyünü elan edib.Ermənistan Müdafiə Nazirliyi real vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışır.

Xəbərlər şöbəsi

Gündəm