Ermənistan parlamentinin keçmiş vitse-spikeri həbs edildi
Ermənistan Milli Təhlükəsizlik Xidməti (SNB) parlamentin keçmiş sədr müavini Eduard Şarmazanovu qanunsuz iclas təşkil etmək ittihamı ilə həbs edib.
"MediaPost" bildirir ki,bu barədə Şarmazanovun köməkçisi Qegam Petrosyan TASS-a açıqlamasında deyib.
"SNB Eduard Şarmazanovu 72 saat müddətinə həbs etməyə qərar verdi. O, qanunsuz iclas təşkil etməkdə günahlandırıldı" deyə, Petrosyan qeyd edib.