Ermənistan xüsusi xidmət orqanları sadə ermənini "Azərbaycan casusu" kimi həbs edib
05.11.2020 23:48 Gündəm

Ermənistan xüsusi xidmət orqanları sadə ermənini "Azərbaycan casusu" kimi həbs edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti yeni bir "casus" yaxalayıb. Bu barədə düşmən ölkənin rəsmi qurumları məlumat yayıb.

"MediaPost"un Musavat.com-a istinadla verdiyi xəbərə görə, həbs olunan şəxs 2015-ci ildə İstanbulda işləyib. Orada da Azərbaycan xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb olunub. 

Məlumatda iddia olunur ki, həmin şəxs pul qarşılığında 2019-cu ildən bəri Azərbaycana Ermənistan və Qarabağ silahlı qüvvələri haqqında müntəzəm məlumat verirmiş.

Adı açıqlanmayan "casus"un etirafedici ifadələr verməsi də qeyd olunur.

Qeyd edək ki, Ermənistan xüsusi xidmət orqanları bu cür açıqlamaları müntəzəm yayır. Artıq ermənilər bir birinə inanmır və özlərini Azərbaycanın casusu kimi görməyə başlayıblar!

Xəbərlər şöbəsi

Gündəm