Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib - MN
17.10.2020 14:21 Qarabağ Azərbaycandır

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib - MN

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

"MediaPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Xəbərlər şöbəsi

Gündəm