Ermənistanda daha 3 müxalif lider həbs olunub
12.11.2020 14:14 Dünya

Ermənistanda daha 3 müxalif lider həbs olunub

Müxalif "Daşnaksütyun" partiyasının ali idarə heyətinin üzvü, keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan, "Vətən" partiyasının nümayəndəsi Arsen Babayan və Milli Gündəliyin rəhbəri Ara Akobyan Ermənistan Milli Təhlükəsizlik Xidməti (SNB) tərəfindən həbs olunub.

"MediaPost" xəbər verir ki, bunu "Daşnaksütyun"un nümayəndəsi Lilit Galstyan mətbuat konfransında bildirib.

"Artsvik Minasyan, Arsen Babayan və Ara Akobyan bu mətbuat konfransında çıxış etməli idilər. Ancaq onlar SNB tərəfindən saxlanıldı. Ermənistanda siyasi məhbusların sayı artır", - deyə Galstyan qeyd edib. 

Məlumat üçün bildirək ki, bununla da həbs olunan müxalif liderlərin sayı 13-ə çatıb.

Anara Mikail

Gündəm