Ermənistanda ərzaq məhsulları yenidən bahalaşacaq
25.11.2019 09:12 İqtisadiyyat

Ermənistanda ərzaq məhsulları yenidən bahalaşacaq

Ermənistanda növbəti bahalaşma gözlənilir.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, 2020-ci il yanvarın 1-dən ölkədə 699 adda məhsulun qiyməti bahalaşacaq. Bura ət, bitki yağı, taxıl, gübrə, dərman preparatları və s. məhsullar daxildir.

İqtisadçı Qaqik Markaryanın sözlərinə görə, hökumət sosial partlayışın qarşısını almaq üçün əhaliyə kompensasiya verməyi də nəzərdən keçirir: “Minimum əmək haqqının artırılması da qiymətin bahalaşması amillərindəndir”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm