Ermənistanda əsgər valideynləri yenə aksiya keçirib
14.01.2021 16:59 Dünya

Ermənistanda əsgər valideynləri yenə aksiya keçirib

Ermənistanda çağırışçı əsgərlərin valideynləri hökumət binası qarşısında Baş nazir Nikol Paşinyanla görüş tələbi ilə etiraz aksiyası keçirirlər.

“MediaPost” xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Uşaqlarımız üçün təhlükəsizlik zəmanəti tələb edirik. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Kimi və necə xilas etdiyini üzümüzə söyləsin”,- deyə aksiya iştirakçılarından biri qeyd edib.

Valideynlər həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb edirlər. 

Hökumət bir qrup valideyn qəbul etməyə hazır olduğunu bildirsə də, onlarla kimin ünsiyyət quracağını açıqlamayıblar. Bir qrup valideynin binaya daxil olduğu bildirilir.

 

Xəbərlər şöbəsi

Gündəm