Ermənistanda ölən hərbi qulluqçulara görə etiraz aksiyası keçirilir - VİDEO
17.02.2020 13:30 Dünya

Ermənistanda ölən hərbi qulluqçulara görə etiraz aksiyası keçirilir - VİDEO

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar qeyri-döyüş şəraitində ölən hərbi qulluqçular barədə rəsmi açıqlama verilməsini tələb edib.


Erməni hüquq müdafiəçisi Nina Karapetyan bildirib ki, hərbi qulluqçular pis vəziyyətdədir, güllənin altında dayanıb və bu gülləni hansı tərəfdən qarşılayacaqları məlum deyil.

“Bilirəm ki, müntəzəm görüşlər zamanı prokurorluq, hüquq-mühafizə orqanları böyük fəxrlə bu işlərin 90 faizinin aşkara çıxarıldığını söyləyirlər, yalan danışırlar, çünki bu işlərin əksəriyyəti natamam aşkara çıxarılılıb və ya ümumiyyətlə əsl günahkar aşkara çıxarılmayıb. Orduda mütəzəm olaraq qətl və ölüm hadisələrinin baş verməsinin səbəbi budur”, - deyə Karapetyan bildirib.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm