Ermənistanda partiya rəhbəri də daxil olmaqla 130 nəfər saxlanılıb
11.11.2020 14:56 Dünya

Ermənistanda partiya rəhbəri də daxil olmaqla 130 nəfər saxlanılıb

İrəvanın Azadlıq Meydanında keçirilən hökumət əleyhinə mitinqdə 130 nəfər saxlanılıb.

"MediaPost" xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis nümayişçilərdən dağılmalarını tələb edib. 

Saxlanılanlar arasında müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Gagik Tsarukyanın olduğu bildirilir.

Xatırladaq ki, nümayiş Qarabağ atəşkəsi şərtləri səbəbi ilə Ermənistan Baş nazirinin istefasına çağıran parlament və qeyri-parlament partiyaları da daxil olmaqla 17 siyasi partiya tərəfindən keçirilir.

Anara Mikail

Gündəm