Ermənilərin Bərdədə öldürdüyü 16 yaşlı yeniyetmə - FOTOLAR
07.11.2020 19:22 Qarabağ Azərbaycandır

Ermənilərin Bərdədə öldürdüyü 16 yaşlı yeniyetmə - FOTOLAR

Xəbər verildiyi kimi, bu gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonunu raket atəşinə tutub.

"MediaPost" Trend-ə istinadən  bildirir ki, hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Həlak olan 16 yaşlı Ş. Rəhimov ailədə 3 qardaş olub. Qardaşlar üçəm olublar. Ş. Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.

Xəbərlər şöbəsi

Gündəm