Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri sərbəst buraxılıb
13.11.2020 09:39 Dünya

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri sərbəst buraxılıb

Ötən gün Yerevanda etiraz aksiyalarını təşkil etməkdə ittiham olunan və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan sərbəst buraxılıb.

"MediaPost" "Ria Novosti"yə istinadən xəbər verir ki, məhkəmə iclasından sonra keçmiş xüsusi xidmət rəisi jurnalistlərə yaxınlaşaraq, ona qarşı qaldırılan iddiaların əsassız olduğunu və tezliklə bağlanacağını bildirib.

Məlumat üçün bildirək ki, Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Bununla bağlı Vanetsyan da daxil olmaqla 13 müxalif lider saxlanılmışdı.

Anara Mikail

Gündəm