Ermənistanın müxalif fraksiyaları növbəti dəfə Paşinyana qarşı birgə bəyanatla çıxış ediblər
09.11.2020 17:52 Siyasət

Ermənistanın müxalif fraksiyaları növbəti dəfə Paşinyana qarşı birgə bəyanatla çıxış ediblər

Ermənistanın müxalif parlament fraksiyaları yenidən baş nazir Nikol Paşinyanla görüş tələb ediblər. Bu barədə "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" parlament partiyalarının liderləri birgə bəyanatla çıxış ediblər.

MediaPost” xəbər verir ki, onlar bundan əvvəl də Paşinyana müraciət ediblər. Təxminən iki həftə əvvəl “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan və “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan baş nazir Nikol Paşinyana Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təklifi ilə müraciət ediblər.

Siyasi qüvvələrin mövcud vəziyyəti danışıqlar masasında müzakirə etmək çağırışlarına Ermənistanın baş naziri Nikol Paşinyan susqunluq nümayiş etdirməyə davam edir.

Partiya liderlərinin müraciətinə məhəl qoymayan baş nazir özünün də cavablarını bilmədiyi suallar verərək, təkrarən erməni xalqına müraciət edib.

Paşinyana müraciət edənlər bildiriblər ki, onları buna vadar edən Qarabağdakı döyüşlərdir. Amma Paşinyan hələ də onları qəbul edib müzakirələr aparmağa razılıq vermir ki, vermir.

Onu da nəzərə çatdıraq ki, bəzilərinin qənaətinə görə, bu mənzərədən, bu cür məğlubiyyətdən sonra bəlkə də, Paşinyan özü də məmnuniyyətlə vəzifəsindən getmək istəyərdi. Sadəcə, bunun üçün ilk olaraq, bu məğlubiyyətin günahını boynuna atmağa adam tapmaq lazımdır. Axı məhz Paşinyanın dövründə “məğlubedilməz erməni ordusu” nağılına son qoyuldu...

Amma faktdır ki, Paşinyan erməniləri başqalarının torpaqları uğrunda canından keçməyə çağırır, minlərlə erməninin döyüşlərdə ölməsinə səbəb olur. O, hələ də məğlubiyyəti qəbul etmək istəmir, hələ də döyüşlərin davam etməsinə, daha çox erməninin ölməsinə səbəb olur. Şübhəsiz ki, bu, hakimiyyət hərisliyindən, “kreslo” sevgisindən irəli gəlir. Bunun bədəli olaraq, minlərlə ermənini ölümə göndərsə belə.

Maraqlıdır, qaniçən erməni hakimiyyəti öz nəfsinə daha neçə adamı qurban verəcək?

Xəbərlər şöbəsi

Gündəm