Ermənistanın təcavüzü ziyanının qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi
09.11.2020 18:59 Qarabağ Azərbaycandır

Ermənistanın təcavüzü ziyanının qiymətləndirilməsi üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi

Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

Xəbərlər şöbəsi

Gündəm