Ermənistanın təcavüzü nəticəsində məscid və kilsəyə də ziyan dəyib - <span>RƏSMİ</span>
13.11.2020 18:58 Daxili siyasət Cəmiyyət

Ermənistanın təcavüzü nəticəsində məscid və kilsəyə də ziyan dəyib - RƏSMİ

“27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3700-dən artıq  müxtəlif dərəcəli ziyan dəyib. Evlərində yaşayış mümkün olmayan vətəndaşlar artıq müxtəlif variantlarda yerləşdiriliblər”.

“MediaPost” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar görülən işlərlə bağlı brifinqdə deyib.

“Ziyan dəymiş obyektlərin böyük hissəsi fərdi yaşayış evləridir. Bu fərdi yaşayış evləri tamajmilə və ya qismən dağılıb.

Ziyan dəymiş obyektlər arasında yaşayış, iaşə, istehsal və s. mülki obyektlərlə yanaşı məscid, kilsələr və qəbristanlıq da var” - İ.Məmmədov bildirib.

Billurə Yunus

Gündəm