Yardım almaq istəyən kasıb ailələr buradan müraciət edə bilər - ƏRZAQ SİYAHISI
22.04.2020 12:01 Cəmiyyət

Yardım almaq istəyən kasıb ailələr buradan müraciət edə bilər - ƏRZAQ SİYAHISI

Bu məqalə koronavirusla bağlı ilk qapanmalar dövründə hazırlanıb. Yardım aksiyası "MediaPost"a aid deyil. Hazırda ərzaq payı verən sistem işləmir. 


OXU: Ərzaq yardımı davam edəcəkmi? - AÇIQLAMA (üzərinə vur)

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının ölkədə daha geniş yayılmasının qarşısını almaq məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə ərzaq köməkliyi göstərmək üçün onların və xeyriyyəçilərin qeydiyyatdan keçmələri məqsədilə "Biz birlikdə güclüyük" portalı yaradılıb.

"MediaPost" xəbər verir ki, aztəminatlı ailə üzvlərindən biri və onlara yardım göstərmək istəyən hüquqi və ya fiziki şəxslər (xeyriyyəçilər) portalda qeydiyyatdan keçdikdən və daxil olan məlumatlar araşdırıldıqdan sonra əlaqələndirilir və müvafiq yardımların göstərilməsi təmin edilir.

Yəni həm yardım almaq istəyən aztəminatlı ailələr, həm də yardım etmək istəyən xeyriyyəçilər portala daxil olaraq müraciət edə bilərlər. Bu zaman aztəminatlı ailələrə yardım olaraq ərzaq sovqatı təqdim olunur. Ərzaq siyahısı isə belədir:

Bəs necə müraciət etməli

Yardım almaq istəyən şəxslər "bizbirlikdegucluyuk.az" saytına daxil olmalı və açılan səhifənin sol yuxarı hissəsində "Daxil ol" bölməsinə keçid etməlidirlər.

Daha sonra isə açılan pəncərədə "Yardım üçün müraciət et" bölməsinə daxil olmalıdırlar.

Növbəti mərhədə isə mobil nömrə və şəxsiyyət vəsiqəsinin FIN kodunu və digər tələb olunan məlumatları daxil etməklə müraciəti tamamlamaq olar.

Xeyriyyəçi kimi qeydiyyatdan keçmək istəyənlər istəyənlər isə "Daxil ol" bölməsindən "Xeyriyyəçi girişi" bölməsinə daxil ola və müvafiq qaydada qeydiyyatdan keçə bilər.

Xəbərlər departamenti

Gündəm