"Əsas vəzifə diplomatik həll yolu axtarmağa davam etməkdir"
10.11.2020 15:35 Dünya Qarabağ Azərbaycandır

"Əsas vəzifə diplomatik həll yolu axtarmağa davam etməkdir"

Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına gətirilməsi qərarını şərh edib.

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, o, Rusiyanın bu vəziyyətdə təsiredici vasitəçi kimi çıxış etdiyini söyləyib.

"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə müqavilənin imzalanması bölgədə sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Rusiya yenidən postsovet məkanındakı ən qanlı qarşıdurmalardan birinin həllində təsirli vasitəçi rolunu oynayır. Əsas vəzifə insan itkisini dayandırmaq və diplomatik həll yolu axtarmağa davam etməkdir", - deyə Slutski qeyd edib. 

Digər tərəfdən Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmyerlilərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov da bu qərarın insan itkisini dayandıracağını deyib.

Anara Mikail

Gündəm