“Əsrin sazişi” ABŞ-ın ilhaq planıdır - Çavuşoğludan sərt çıxış
03.02.2020 11:40 Xarici siyasət

“Əsrin sazişi” ABŞ-ın ilhaq planıdır - Çavuşoğludan sərt çıxış

“MediaPost”un xəbərinə görə, M.Çavuşoğlu bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında deyib.

Çavuşoğlu “Əsrin sazişi”nin Qüds və İordan çayının qərb sahilindəki İsrail işğal və ilhaqını qanuniləşdirməyə yönəldiyini bildirib.

“İsrail-Fələstin sülhünü heç kim onlardan (Fələstindən - red.) daha çox istəyə bilməz. İslam dünyası olaraq özümüzə bu sualı verməliyik: Qüdsün müdafiəsi üçün qurulan İƏT 50-ci ildönümündə Qüdsü Fələstindən qoparmağa çalışan bu plana qarşı ortaq və sağlam mövqe sərgiləyə biləcəkmi? Bütün dünyanın gözü bu səbəbdən üzərimizdədir. Birlik günüdür. Ümmətin təmsilçiləri olaraq aramızdakı fikir ayrılıqlarını kənara qoyaraq sıralarımızı möhkəmləndirməliyik. Əsrin zilləti olan bu cəhdi açıq şəkildə rədd etməli və tarixə basdırmalıyıq” - Çavuşoğlu açıqlamasında söyləyib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm