"Eta" qasırğası 5 nəfərin ölümünə səbəb oldu
05.11.2020 17:31 Dünya

"Eta" qasırğası 5 nəfərin ölümünə səbəb oldu

Latın Amerikası ölkəsi olan Hondurasda tüğyan edən "Eta" qasırğası dağıntılara səbəb olub.

"MediaPost" xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb. Açıqlamada təbii fəlakət nəticəsində 5 nəfərin öldüyü, Mosquita sahillərində təxminən 60 dənizçinin çıxılmaz vəziyyətdə qaldığı qeyd olunub. 

Bildirilib ki, qasırğa yollara və körpülərə ziyan vurub, minlərlə insan evlərindən didərgin düşüb.

Anara Mikail

Gündəm