Etibarnamələr elektron qaydada veriləcək
25.11.2019 09:26 Gündəm

Etibarnamələr elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ədliyyə Nazirliyi ilə birgə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin verilməsi xidməti elektronlaşdırıb və hazırda test mərhələsindədir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, xidmətin yaxın günlər ərzində vətəndaşların istifadəsinə verilməsi təmin ediləcək: “Hazırda bu tipli bir sıra xidmətlərin elektronlaşdırılması ilə bağlı işlər aparılır”, - deyə C. Salmanov qeyd edib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm