“EuroHome”dakı yanğında 1 nəfər xəsarət alıb - YENİLƏNİB
10.12.2019 06:34 Gündəm

“EuroHome”dakı yanğında 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Nazirlikdən Mediapost.az-a bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

***

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

Xəbərlər departamenti

Gündəm