“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində tibbi yardım göstərilib
10.12.2019 13:54 Gündəm

“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində tibbi yardım göstərilib

Nazirlikdən Mediapost.az-a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

"Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində tibbi yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", - məlumatda vurğulanıb.

Xəbərlər departamenti

Gündəm