“EuroHome”dakı yanğından görüntülər - FOTOLAR, VİDEOLAR
10.12.2019 08:18

“EuroHome”dakı yanğından görüntülər - FOTOLAR, VİDEOLAR

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın söndürülməsi istiqamətində işlər davam etdirilir.

Mediapost.az xəbər verir ki, tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.

Hadisə yerinə həmçinin qurumun Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, yanğınla əlaqədar hadisə yerinə artıq 5 həkim briqadası cəlb olunub. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Ərazidə qarışıqlıqdan istifadə edib oğurluq hadisəsi törədən bir neçə şəxs saxlanılıb.

Xatırladaq ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.






Xəbərlər departamenti

Gündəm