“Eurovision"da tamaşaçıların iştirakına icazə verilib
Niderland hökuməti gələn ay Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verib.
"MediaPost" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mahnı müsabiqəsinin saytında məlumat verilib.
Niderland Yayım Korporasiyası (NOS) isə pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb.
Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edə biləcək. Lakin zala daxil olmaq üçün tamaşaçılardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.