Evo Morales Meksikadan Kubaya gedib
07.12.2019 11:17 Siyasət

Evo Morales Meksikadan Kubaya gedib

APA-nın xəbərinə görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin nümayəndəsi Roberto Velasko "Twitter" səhifəsində yazəb.

"Bu gün səhər cənab Morales Kubaya getdi. O bu səfərin müvəqqəti xarakterli olması barədə bizi məlumatlandırıb", - XİN rəsmisi bildirib.

Sabiq prezident Moralesin Kubaya tibbi məsləhətləşmə üşün getdiyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, E. Morales oktyabrın 20-də ölkədə keçirilmiş prezident seçkisində minimum fərqlə qələbə qazansa da, Karlos Mesanın rəhbərlik etdiyi müxalifət seçki zamanı kütləvi qanun pozuntularının olduğunu elan edib. E. Morales təkrar seçkilər təyin etsə də, daha sonra ölkədə baş verən etirazlar aksiyaları və hərbçilərin təzyiqi ilə noyabrın 10-da istefa verərək, Meksikaya üz tutub.

Hakimiyyət Senatın müxalifətçi vitse-spikeri Janin Anyesə keçib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm